İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı Xesus Ovono həbs edilə bilər
İdman
spaniya Milli Polisi "Tenerife" futbol klubunun hücumçusu Xesus de Migelin ölümü ilə bağlı araşdırmaya başlayıb.
News24.az xəbər verir ki, bu barədə "El Día" qəzeti məlumat yayıb.
Araşdırmanın məqsədi futbolçunun meydanda başına gələn hadisənin, eləcə də xəstəxanaya yerləşdirildikdən sonra vəziyyətinin ağırlaşmasının bütün təfərrüatlarını aydınlaşdırmaqdır. İş məhkəməyə göndərilib.
Qeyd olunub ki, "Andorra" klubunun qapıçısı Xesus Ovononu Xesus de Migelin ölümünə səbəb olması ilə əlaqədar həbs cəzası gözləyə bilər. İspaniya qanunvericiliyində kobud ehtiyatsızlıq nəticəsində ölümə səbəb olmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur. Bu əmələ görə dörd ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.
Xatırladaq ki, noyabrın 2-də İspaniya çempionatının ikinci divizionu çərçivəsində keçirilən ev oyununda "Andorra" klubunun qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra de Migelin ürəyi dayanıb.
Huşunu itirən futbolçuya ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb. Lakin Xesus de Migel noyabrın 3-də xəstəxanada vəfat edib.
Xesus de Migelin 30 yaşı var idi. O, 2025-ci ilin yayından "Tenerife" klubunda çıxış edirdi.