İtaliya milli komandanın yeni baş məşqçisi AÇIQLANDI

İtaliya milli komandanın yeni baş məşqçisi AÇIQLANDI İdman

İtaliya milli futbol komandasının yeni baş məşqçisi açıqlanıb.

News24.az xəbər verir ki, İtaliya milli futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

İtaliya Futbol Federasiyası yığmanı yenidən Roberto Mançiniyə həvalə etmək qərarına gəlib. Məlumata görə, təcrübəli mütəxəssis bu vəzifədə Gennaro Qattuzonu əvəz edəcək.

Mançini üçün bu, İtaliya millisinə ilk dönüş deyil. O, 2018–2023-cü illərdə "Azzurri"yə rəhbərlik edib və komandanı 2021-ci ildə Avropa çempionluğuna daşıyıb.

Məlumata görə, əvvəlcə 2006-cı il dünya çempionu Andrea Pirlonun baş məşqçi təyin olunması nəzərdə tutulurdu. Lakin onun Rusiya ilə əlaqəli bukmeker şirkəti ilə əməkdaşlığı səbəbindən namizədliyi geri götürülüb.