İtaliyalı idmançı Dünya Oyunlarında vəfat etdi

İtaliyalı idmançı Dünya Oyunlarında vəfat etdi İdman

Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında italiyalı idmançı Mattia Debertolis vəfat edib.

News24.az Report-a istinadən xəbər verir ki, o, 29 yaşında həyatını itirib.

Səmti müəyyən etmə növündə mübarizə aparan atlet avqustun 8-də, səhər saatlarında qaçış zamanı huşunu itirib.

O, yerli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb