Jorji Jezuş Ronalduya barışıq təklif etdi
İdman
Portuqaliya millisinin baş məşqçisi Jorji Jezuş Kriştianu Ronaldu ilə görüşərək aralarındakı münaqişəyə son qoyulması ideyasını dəstəkləyib.
News24.az"A Bola" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası Ronaldu ilə milli komanda arasında münasibətlərin birdəfəlik və kəskin şəkildə pozulmasının qarşısını almaq üçün futbolçunun yaxın çevrəsi ilə əlaqələri davam etdirir.
Federasiya 41 yaşlı hücumçu ilə görüşü neytral məkanda keçirməyi planlaşdırır. Ronaldu isə hələlik bu təklifə cavab verməyib.
Daha əvvəl mediada Ronaldunun Millətlər Liqasının Norveçlə oyununa buraxılmaması ilə bağlı baş məşqçi ilə münaqişə yaşadığı barədə məlumat yayılmışdı. Bundan sonra federasiya rəhbəri təcili danışıqlar aparıb və münaqişənin aradan qaldırıldığını bildirilmişdi.