Kamilo Duran bu kluba transfer olundu - Rəsmi

Kamilo Duran bu kluba transfer olundu - Rəsmi İdman

"Qarabağ" futbolçusu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın "Seltik" klubunun təklifini kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

News24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, "Qarabağ"la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-off iştirakçısı olub.