"Karyeram sona yaxınlaşır" – Ronaldo

"Karyeram sona yaxınlaşır" – Ronaldo İdman

Karyeram getdikcə sona yaxınlaşır. Hər matçın dəyərini bilmək lazımdır. Mənim parlaq karyeram olub və onun belə qalmasını istəyirəm. Mən hələ də zövq alıram, hələ də qollar vururam. Lakin hər şeydən əvvəl söhbət qələbələrdən gedir. Biz liqanı qazanmağı çox istəyirik.

News24.az xəbər verir ki, bu sözləri "Ən-Nəsr" futbol klubunun və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kristiano Ronaldo deyib.

"Mən təkcə bu nəsil üçün deyil, həm əvvəlki, həm də gələcək nəsillər üçün oynamağa davam edirəm. Günbəgün, oyundan oyuna, ildən ilə zövq alıram - hətta karyeramın sonuna yaxınlaşdığım hazırkı vaxtda belə. Bu, faktdır", - deyə o vurğulayıb. (axar.az)