"Kaş, pulum-varım olmazdı, oğlum sağlam olardı"
İdman
"Real Madrid"in müdafiəçisi Mark Kukurella ailəsi ilə bağlı etdiyi səmimi etirafla gündəmə gəlib.
News24.az xəbər verir ki, ispaniyalı futbolçu və həyat yoldaşı Klaudiya Rodrigez böyük oğulları Mateoya autizm diaqnozu qoyulduqdan sonra yaşadıqları çətin günlərdən danışıblar. Kukurella müsahibə zamanı duyğularını gizlədə bilməyib.
28 yaşlı futbolçu uzun saç saxlamasının səbəbini də ilk dəfə açıqlayıb. Onun sözlərinə görə, bu qərarın arxasında oğlu Mateo dayanır.
"Mənim autizmli oğlum var. Kaş ki, pulum olmazdı, amma oğlum sağlam olardı. Saçlarımı uzun saxlayıram, çünki o, saçlarımı çox sevir. Əgər bir gün məni unutsa, saçlarımdan tanıya bilsin deyə onları kəsmirəm. Həm də oyunlar zamanı tribunadan məni daha asan tapa bilir."
Kukurella bildirib ki, övladının sağlamlığı onun üçün qazandığı uğurlardan və maddi imkanlardan qat-qat önəmlidir.
Qeyd edək ki, ispaniyalı futbolçu bu yay "Çelsi"dən "Real Madrid"ə transfer olunub. Karyerası ərzində "Espanyol", "Barselona", "Eybar", "Xetafe", "Brayton" və "Çelsi" klublarında çıxış edib.