"Kaşuk yetəri qədər gözləntilərimizi doğrultmur" – Qurban Qurbanov

"Kaşuk yetəri qədər gözləntilərimizi doğrultmur" – Qurban Qurbanov İdman

"Oyun çox dinamik və sürətli keçdi. Buna əsl kubok oyunu demək olar. Vaxt azdır və artıq növbəti oyunlara hazırlaşmalıyıq. Futbolçularımız xeyli yorulmuşdu".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən "Qarabağ" - "Sabah" qarşılaşmasından sonra keçirilən mətbuat konfransı zamanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Onun sözlərinə görə, baş hakimlə bağlı heç bir narahatlığım yoxdur: "Düşünürəm ki, son vaxtlar oyunları kifayət qədər yaxşı idarə edir.

Kaşuka yetərincə şans verirəm, lakin o, hələ ki gözləntilərimizi tam doğrultmur. Leandro Andrade isə daha yaxşı oyun nümayiş etdirir.

Əgər azarkeşlər oyunlardan zövq alırsa, deməli belə oyunlar qəbul ediləndir. Biz hər zaman ideal olmağa çalışmışıq və aktivliyimizdən geri çəkilmirik.

Qarşımızda çox güclü bir komanda var idi. Onlar sona qədər mübarizə aparan, oyundan qopmayan bir kollektivdir. Bu gün bəlkə də onların istəyi və oyuna yanaşması daha üstün idi.

Bu qədər azarkeşin stadiona gəlməsi istənilən rəqibə qarşı daha yaxşı oyun sərgiləməyə imkan yaradır. Ola bilsin ki, son vaxtlar futbolun uğursuzluqlarından çox danışıldığı üçün azarkeşlər bir qədər inamını itiriblər".