Kənan Yıldız: “Bayern Münhen”dən pula görə ayrılmamışam

Kənan Yıldız: “Bayern Münhen”dən pula görə ayrılmamışam İdman

“Yuventus”un futbolçusu Kənan Yıldız “Bayern Münhen”dən ayrılması ilə bağlı danışıb.

News24.az-ın məlumatına görə, o, klubdan pul səbəbinə görə getməyib: “Orada özümə inam hiss etmirdim. “Yuventus”da isə bu inamı tapdım və bu klub mənim üçün birinci seçim idi”.

Gənc futbolçu qeyd edib ki, “Bayern”də uzun müddət qalsa da, ona kifayət qədər şans verilməyib və bu səbəbdən ayrılmaq qərarı asan olub.

Yıldız həmçinin Türkiyə millisinin seçimini də açıqlayıb. Onun sözlərinə görə, Almaniyada ona lazımi dəyər verilməyib, buna görə Türkiyə yığmasını seçib.

Futbolçu əlavə edib ki, o, öz yolunu getmək və futbol tarixində öz izini qoymaq istəyir.