"Kəpəz" "İmişli"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

"Kəpəz" "İmişli"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı İdman

Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulacaq.

News24.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Kəpəz" "İmişli"ni qonaq edəcək. Yevlax şəhər stadionunda keçiriləcək matç saat 15:30-da start götürəcək.

Turun qapanış matçı isə Sumqayıtda oynanılacaq. Şəhərin eyniadlı komandası saat 18:00-da "Qəbələ" ilə üz-üzə gələcək.