"Kəpəz" "Turan Tovuz"u məğlub etdi

"Kəpəz" "Turan Tovuz"u məğlub etdi İdman

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

News24.az xəbər verir ki, "Kəpəz" Gəncə şəhər stadionunda "Turan Tovuz"u qəbul edib. Görüş meydan sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 47-ci dəqiqədə Viktor Stinya vurub.

Günün digər matçında isə "Zirə" öz meydanında "Neftçi"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 20:15-də başlayacaq.

Qeyd edək ki, turun ilk oyunlarında "Qəbələ" "Şamaxı" ilə qolsuz (0:0) heç-heçə edib, "İmişli" isə "Şəfa"ya 1:0 hesabı ilə qalib gəlib. Tura avqustun 31-də keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.