"Kəpəz"dən yeni transfer

"Kəpəz"dən yeni transfer İdman

“Kəpəz” heyətinə yeni futbolçu qatıb.

Klubun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, “sarı-göylər” Vadim Abdullayevi transfer edib.

Yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Ötən mövsümü “Karvan-Yevlax”da keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.