Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi İdman

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib.

News24.az bu barədə "L'Équipe" nəşrinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, hüquq-mühafizə orqanları artıq Fayza Lamarinin özünü və maliyyə əməliyyatında şərik qismində çıxış edə biləcəyi ehtimal olunan oğlu Kilian Mbappeni rəsmi dindiriblər.

Müstəntiqlər hesab edirlər ki, Fransa milli komandasının təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Mohamed Sanhaci futbolçunun anasına dörd ölkəyə giriş vizasının sürətləndirilmiş qaydada alınmasında köməklik göstərib. Bu xidmətin müqabilində "kral klubu"nun ulduz hücumçusu funksionerin hesabına 60.3 min avro məbləğində vəsait köçürüb.

Qeyd olunur ki, Sanhaci böyükmiqyaslı antikorrupsiya işi üzrə əsas fiqurant kimi çıxış edir. Bu təhqiqat çərçivəsində fransalı müstəntiqlər daha əvvəl Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Frank Riberi də daxil olmaqla digər tanınmış futbolçuları da dindiriblər.