Klopp Almaniya millisinə baş məşqçi gətirilir

Klopp Almaniya millisinə baş məşqçi gətirilir İdman

Yürgen Klopp Almaniya milli komandasının yeni baş məşqçisi olmağa razılıq verib.

News24.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano özünün X səhifəsində məlumat yayıb.

Məlumata görə, tərəflər razılıq əldə ediblər. Uzunmüddətli müqavilənin detalları, layihənin son şərtləri və Kloppun “RB Qrup”dakı vəzifəsindən ayrılması ilə bağlı məsələlər isə hələ müzakirə olunur.

Bununla yanaşı, “RB Qrup” Kloppun mümkün əvəzləyicisi kimi Oliver Qlasnerin namizədliyini nəzərdən keçirsə də, avstriyalı mütəxəssis “Nottingem Forest” ilə müqavilə imzalayıb.