Konorun uduzmasının səbəbi bəlli oldu

Konorun uduzmasının səbəbi bəlli oldu İdman

UFC prezidenti Dana Uayt və təşkilat irlandiyalı Konor Makqreqorun zədəsini UFC 329 turniri başlamazdan əvvəl bilirdi.

News24.az xəbər verir ki, bu barədə keçmiş döyüşçü və “FOX Sports SFL” telekanalının aparıcısı Cey Si “X” sosial şəbəkəsindəki paylaşımda qeyd edib.

Onun sözlərinə görə, buna baxmayaraq, Dana Uayt və təşkilat Makqreqorun amerikalı Maks Holloueyə qarşı döyüşünü ləğv etməkdən imtina ediblər.

“Konor və komandası həftənin əvvəlində Danaya onun dizindən zədə aldığını bildiriblər. Dana isə cavab verib ki, şou keçirilməlidir, heç bir bilet pulu geri qaytarılmayacaq”, – deyə Cey Si yazıb.

İrlandiyalı döyüşçü ayağından zədə alması səbəbindən ilk raundun gedişində hakim qərarı ilə döyüşdən kənarlaşdırılıb. Döyüş başlayan kimi Makqreqor rəqibinin üzərinə sıçrayaraq hücum edib, lakin sağ ayağı üzərinə uğursuz eniş etdiyindən zədələnib və qarşılaşmanı davam etdirə bilməyib.

Qeyd edək ki, Konor Makqreqor döyüşdə uduzsa da 15 milyon dollar qazanc əldə edib.