Koxalski hansı kluba gedir?
İdman
“Qarabağ”dan ayrılmağa hazırlaşan polşalı qapıçı Mateuş Koxalskinin yeni klubu bəlli olub.
Qolkiper karyerasını ölkəsində davam etdirəcək. 26 yaşlı qapıçı “Vyeçista” (Krakov) klubu ilə anlaşıb. Ağdam təmsilçisinin Koxalskinin satışında 500 min avroya yaxın gəlir əldə edəcəyi bildirilib.
Qeyd edək ki, “Qarabağ” 2024-cü ilin yayında qapıçı üçün təxminən 1 milyon avro ödəyib. Koxalski bu mövsüm “Qarabağ”ın heyətində 7 oyuna çıxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb. O, Azərbaycan təmsilçisinin heyətində ümumilikdə 76 qarşılaşmada iştirak edib. /Unikal/