"Kəpəz" doğma meydanda "Şamaxı"ya böyük hesabla uduzdu

"Kəpəz" doğma meydanda "Şamaxı"ya böyük hesabla uduzdu İdman

Misli Premyer Liqasının IV turunda "Şamaxı" səfərdə "Kəpəz"ə qalib gəlib.

News24.az xəbər verir ki, Gəncə stadionunda baş tutan matç qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.

"Şamaxı"nın heyətində Tornike Axvlediani (9), Uğur Cahangirov (21), Ayman Bouali (63) və Həbib İsmayılov (76) fərqləniblər. Meydan sahiblərinin yeganə qolu isə Desmond Akuanın (58) aktivinə yazılıb.

5 xala malik "Şamaxı" turnir cədvəlində 5-ci sıraya yüksəlib. "Kəpəz" isə 3 xalla 10-cudur.

Qeyd edək ki, turun açılış matçında "Qəbələ" doğma meydanda "İmişli"yə qalib (2:1) gəlib.