“Kəpəz”in futbolçusu Veysəl Rzayevdən XƏBƏR VAR

“Kəpəz”in futbolçusu Veysəl Rzayevdən XƏBƏR VAR İdman

"Kəpəz"in bir müddət əvvəl bıçaqlanan futbolçusu Veysəl Rzayev bu mövsüm oyunlarda iştirak edə bilməyəcək.

News24.az -ın əldə etdiyi məlumata görə, futbolçunun bərpa prosesində yubanma olub.

Qeyd edək ki, "Kəpəz" Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi. Futbolçu hazırda ev şəraitində müalicəsini davam etdirir.