Kresponun yeni klubu bəlli oldu
İdman
Argentinalı futbol əfsanəsi Hernan Krespo karyerasını Meksikada davam etdirəcək.
News24.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Meksikanın "Atlas" klubunun baş məşqçisi təyin olunub. O, yeni komandasındakı ilk oyununu avqustun 1-də "Monterrey"ə qarşı keçirəcək.
Krespo məşqçilik karyerası ərzində "Banfield", "Defensa y Justicia", "San Paulo", "Əl-Duhail" və "Əl-Ayn" kimi klublarda çalışıb və müxtəlif ölkələrdə bir sıra titullar qazanıb.