"Şükürlər olsun ki, qalib gələn tərəf biz olduq" - Rəhman Daşdəmirov

"Şükürlər olsun ki, qalib gələn tərəf biz olduq" - Rəhman Daşdəmirov İdman

“Xalqımı, millətimi qələbə qazandığımız üçün təbrik edirəm. İlk ev oyunumuz idi. Komandamla fəxr edirəm. Çempionlar Liqasında ilk ev oyununun sevincini sözlə ifadə etmək mümkün deyil”.

News24.az xəbər verir ki, bu sözləri “Sabah” futbol klubunun müdafiəçisi Rəhman Daşdəmirov Çempionlar Liqasının Əsas Liqa mərhələsinin II tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Müdafiəçi rəqibin çox yaxşı komanda olduğunu xüsusilə vurğulayıb: “Onların da qol epizodları oldu, hətta 100 faizlik fürsətlər yaratdılar. Amma şükürlər olsun ki, qalib gələn tərəf biz olduq.

“Sabah” göstərdi ki, Çempionlar Liqasında oynamağa layiqdir və bunu sübut edə bilər. Düşünürəm ki, biz ən yaxşı nəticələrə layiqik. İnşallah, qarşıdakı oyunlarda maksimum xal toplamağa və xalqımızı sevindirməyə çalışacağıq. Çünki qələbə qazanmaq bizim üçün çox önəmlidir”.