Lamin Yamal 91 illik rekordu yenilədi
İdman
“Barselona”nın vingeri Lamin Yamal İspaniya La Liqasının üçüncü turunda Madrid “Rayo Valyekano”suna qarşı oyunda dubl edib və klubun 91 ildir qorunan rekordunu yeniləyib.
News24.az xəbər verir ki, görüş “Barselona”nın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 12-ci dəqiqədə Serxio Kamelyo açıb.
19-cu dəqiqədə Rafinya hesabı bərabərləşdirib, iki dəqiqə sonra isə Yamal “Barselona”nı önə keçirib.
İkinci hissədə Florian Lejen, Kamelyo və Rafinya daha bir qol vurublar. Yamalın dublu onun “Barselona” forması ilə 50-ci və 51-ci qolları olub.
Bununla da 19 yaşlı futbolçu hücumçu Xosep Eskolanın rekordunu yeniləyib.
Eskola 1935-ci ildə 20 yaş 356 günündə 50 qola çatmışdı. Bu rekord 91 il ərzində qorunub.
Qeyd edək ki, rekorda ən yaxın olan futbolçu Lionel Messi olub. Lakin argentinalı futbolçu 50 qol həddinə yalnız 21 yaş 120 günündə çatıb. Yamal isə bu göstəricini 19 yaş 49 günündə əldə edib.