Lamin Yamal Messini geridə qoydu
İdman
İspaniya çempionu olan “Barcelona” klubunun hücumçusu Lamin Yamal dünya çempionatlarında ilk qolunu vurub və mundial tarixində qol vuran ən gənc futbolçuların ilk onluğuna daxil olub.
News24.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Səudiyyə Ərəbistanına qarşı qrup mərhələsinin ikinci tur oyununda fərqlənən Yamal bunu 18 yaş 343 günlüyündə bacarıb.
Bu göstərici ilə o, Argentina millisinin hücumçusu Lionel Messini geridə qoyub.
Dünya çempionatları tarixində ən gənc qol müəlliflərinin siyahısını təqdim edirik:
Pele (Braziliya) — 17 yaş 239 gün
Manuel Rosas (Meksika) — 18 yaş 93 gün
Qavi (İspaniya) — 18 yaş 110 gün
İbrahim Mbaye (Seneqal) — 18 yaş 143 gün
Maykl Ouen (İngiltərə) — 18 yaş 190 gün
Nikolaye Kovaç (Rumıniya) — 18 yaş 197 gün
Dmitri Sıçov (Rusiya) — 18 yaş 231 gün
Lamin Yamal (İspaniya) — 18 yaş 343 gün
Lionel Messi (Argentina) — 18 yaş 357 gün
Culian Qrin (ABŞ) — 19 yaş 25 gün.