Lamin Yamal irqçi hücumların hədəfinə çevrildi
İdman
İspaniya millisinin və klubunun gənc futbolçusu Lamin Yamal sosial şəbəkələrdə irqçi və islamofob paylaşımların hədəfinə çevrilib.
Buna səbəb Yamalın 2026 FIFA Dünya Kubokunda Səudiyyə Ərəbistanına qarşı vurduğu qoldan sonra səcdə edərək sevincini qeyd etməsi olub.
18 yaşlı futbolçunun bu hərəkəti bəzi istifadəçilər tərəfindən tənqid edilsə də, çoxsaylı azarkeşlər və sosial media hesabları ona dəstək verərək irqçi və dini ayrı-seçkilik xarakterli paylaşımları qınayıblar.