Lando Norris Macarıstan Qran Prisinin qalibi oldu

Lando Norris Macarıstan Qran Prisinin qalibi oldu İdman

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris Formula 1 üzrə dünya çempionatının Macarıstan Qran Prisində qələbə qazanıb.

News24.az xəbər verir ki, Budapeştdə yerləşən "Hunqarorinq" trasında keçirilən yarışa poul mövqeyindən başlayan Norris 1 saat 39 dəqiqə 56,180 saniyə nəticə göstərərək mövsümdə ilk, karyerasında isə 12-ci qələbəsini əldə edib.

Yarışı "Red Bull" komandasının niderlandlı pilotu Maks Verstappen ikinci pillədə başa vurub. "Mercedes"in italiyalı sürücüsü Kimi Antonelli isə finiş xəttini üçüncü keçərək fəxri kürsünü tamamlayıb.

Formula 1 çempionatı yay fasiləsindən sonra avqustun 23-də keçiriləcək Hollandiya Qran Prisi ilə davam edəcək.

Macarıstan mərhələsindən sonra sürücülər arasında ilk beşlik belədir:

  1. Kimi Antonelli – 219 xal

  2. Lyuis Hemilton – 169 xal

  3. Corc Rassel – 160 xal

  4. Şarl Lekler – 138 xal

  5. Lando Norris – 128 xal

Konstruktorlar Kubokunda isə ilk beşlik aşağıdakı kimidir:

  1. Mercedes – 379 xal

  2. Ferrari – 307 xal

  3. McLaren – 220 xal

  4. Red Bull – 177 xal

  5. Racing Bulls – 66 xal