Leandro Andrade də "Qarabağ"dan ayrıldı - Bu komandada oynayacaq
İdman
"Qarabağ" oyunçusu Leandro Andrade klubdan ayrılıb.
News24.az xəbər verir ki, 27 yaşlı Kabo-Verde millisinin vingeri Ukraynanın “Polissya” klubu ilə 3 illik müqavilə imzalayıb.
Andrade Jitomir təmsilçisinin düşərgəsində tibbi müayinədən keçib və yeni komandası ilə ilk məşqinə də çıxıb.
Mənbələrin bildirdiyinə görə, futbolşu “Polissya”ya təxminən 3 milyon avroya başa gəlib.
Məlumat üçün bildirək ki, "Qarabağ" Leandro Andradenin klubdab ayrıldığını təsdiqləyib.
Qeyd edək ki, 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinən kabo-verdeli futbolçu komandanın heyətində 2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022 və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb. “Qarabağ”ın 2023-2024-cü illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan Andrade 2022-2023 və 2024-2025-ci illər mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022 və 2022-2023-cü illər mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. Leandro “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.
O, “Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. Belə ki, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.
L.Andrade “Qarabağ” klubunun ən bahalı oyunçusu idi. Onun transfer dəyəri 3,5 milyon avrodur. /Tatotake/