"Leverkuzen"də növbəti ayrılıq : O da gedə bilər

 "Leverkuzen"də növbəti ayrılıq : O da gedə bilər İdman

"Bayer 04 Leverkuzen" klubunda növbəti ayrılıq gözlənilir.

News24.az xəbər verir ki, məlumata görə, komandanın müdafiəçisi Edmond Tapsoba mövsümün sonunda klubdan ayrılmaq istəyir.

27 yaşlı futbolçunun xüsusilə İngiltərə Premyer Liqası klublarına getmək istədiyi bildirilir. Klub isə uyğun təklif olarsa, bu transferə razı ola bilər.

Qeyd olunur ki, ötən yay da Tapsoba üçün təkliflər olmuşdu, lakin 50 milyon avro tələb edildiyi üçün transfer baş tutmamışdı.