Lionel Messi rəqib futbolçunun başına vurdu – Cərimələndi
İdman
Argentina millisinin hücumçusu Lionel Messi və “İnter Mayami”nin müdafiəçisi İan Frey MLS matçında “Filadelfiya Yunion”un futbolçusu Kuin Sallivanla yaşanan insidentə görə cərimələniblər.
News24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Hadisə avqustun 19-da MLS-in müntəzəm çempionatında keçirilən “İnter Mayami” – “Filadelfiya Yunion” matçının son dəqiqələrində baş verib.
Görüş 2:2 hesabı ilə başa çatıb.
Oyunun əlavə vaxtında Messi meydanın mərkəzində Kuin Sallivanla mübahisə edib. Qarşıdurma zamanı argentinalı futbolçu rəqibinin başına əli ilə toxunub. MLS İntizam Komitəsi Messini rəqib futbolçunun üzü, başı və boyun nahiyəsinə əllə toxunma qaydasını pozduğuna görə cərimələyib. Cərimənin məbləği açıqlanmayıb.
“İnter Mayami”nin müdafiəçisi İan Frey də eyni qaydanı pozduğuna görə cərimələnib. Onun da cəriməsinin məbləği açıqlanmayıb.
Matçın sonlarında daha bir qarşıdurma yaşanıb. “Filadelfiya Yunion”un futbolçusu Kuin Sallivan və “İnter Mayami”nin yarımmüdafiəçisi Yannik Brayt qırmızı vərəqə alıblar. Lakin Kavan Sallivanın cəzası sonradan ləğv edilib və o, növbəti oyunda iştirak edə biləcək.
Messi həmin qarşılaşmada “İnter Mayami”nin 2:2 hesablı heç-heçəsində qol da vurub. Bu, onun atasının ölümündən sonra vurduğu ilk qol olub.