"Liverpul" amerikalı ilə maraqlanır
İdman
İngiltərənin "Liverpul" klubu "Betis"in və ABŞ millisinin yarımmüdafiəçisi Conni Kardozonu almaq imkanını nəzərdən keçirir.
News24.az xəbər verir ki, Bu barədə" AnfieldWatch" məlumat yayıb.
Potensial keçidin maliyyə təfərrüatları açıqlanmayıb, lakin qeyd olunur ki, “qırmızılar” “Betis”ə transferin məbləği qiymətləndirmək üçün sorğu göndərib. Bundan əlavə, "Liverpul" Kardozo ilə müqavilə bağlaya bilsə, yapon müdafiəçi Wataru Endonun qışda "qırmızılar"ı tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, 23 yaşlı Kardoso 2024-cü ilin qışında Braziliyanın "İnternasional" klubundan "Betis"ə keçib. Bu mövsüm o, 20 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ABŞ millisində də 18 oyunda şans qazanıb.
Ağa Dadaşzadə