"Liverpul" Bastoni üçün "Barselona" ilə yarışır
İdman
"Liverpul" "İnter"in müdafiəçisi Alessandro Bastoni ilə maraqlanır və yay transferi üçün danışıqlara başlayıb.
News24.az-ın məlumatına görə, İtaliya klubu hesablarını balanslaşdırmaq üçün 50 milyon avro ödənişi qəbul etməyə hazırdır. Bu səbəbdən "qırmızılar" "Barselona" ilə Bastoni üçün rəqabət aparacaq.
Baş məşqçi Arne Slot müdafiəni gücləndirmək məqsədilə bazarı yaxından izləyir.