"Liverpul" Bredli Barkolanı transfer etdi - Rəsmi

"Liverpul" Bredli Barkolanı transfer etdi - Rəsmi İdman

"Liverpul" heyətini yeni futbolçu ilə gücləndirib.

News24.az xəbər verir ki, İngiltərə klubu PSJ-nin fransalı hücumçusu Bredli Barkolanın transferini rəsmən açıqlayıb.

23 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra "Liverpul"la uzunmüddətli müqavilə imzalayıb. Barkola yeni komandasında 29 nömrəli formanı geyinəcək.

Fransalı hücumçu son üç mövsümü PSJ-də keçirib. O, Paris klubunun heyətində 152 oyuna çıxıb, 39 qol vurub və 35 məhsuldar ötürmə edib. Barkola bu müddətdə iki dəfə Çempionlar Liqasının, üç dəfə isə Fransa çempionatının qalibi olub.

Peşəkar karyerasına "Lion"da başlayan futbolçu 2023-cü ildə PSJ-yə keçib. Fransa millisində isə 2024-cü ilin iyununda debüt edən Barkola indiyədək 28 oyunda 6 qol vurub. Bu qollardan üçünü 2026-cı il dünya çempionatında qeydə alıb.