Liverpulda təhlükəsizlik addımı: Reklam lövhələri dəyişdirildi
İdman
İngiltərənin "Liverpul" klubu futbolçunun zədələnməsindən sonra stadionda təhlükəsizlik tədbirləri görüb.
News24.az xəbər verir ki, məlumata görə, Noa Lanq “Qalatasaray”la oyunda reklam lövhələri ilə toqquşaraq baş barmağından ciddi zədə alıb. Bu hadisədən sonra klub “Enfild” stadionundakı reklam lövhələrində dəyişiklik etmək qərarına gəlib.
Dəyişikliklər bu gün keçiriləcək "Paris Sen-Jermen" ilə oyundan əvvəl tətbiq olunub. Qarşılaşma UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq.
Qeyd edək ki, “Liverpul” ilk oyunda səfərdə rəqibinə 0:2 hesabı ilə məğlub olub və cavab matçında vəziyyəti dəyişməyə çalışacaq.