Makqreqorun səhhəti ilə bağlı üzücü xəbər
İdman
UFC prezidenti Dana Uayt irlandiyalı döyüşçü Konor Makqreqorun ayağından aldığı ağır zədə səbəbindən təxminən bir il müddətinə döyüşlərdən kənarda qalacağını açıqlayıb.
News24.az xəbər verir ki, Makqreqor zədəni iyulun 12-də keçirilən UFC 329 turnirində Maks Holloveyə qarşı döyüş zamanı alıb.
Döyüşün ilk raundunda hücuma keçərkən sağ ayağını zədələyən irlandiyalı idmançı qarşılaşmanı davam etdirə bilməyib və hakimlərin qərarı ilə döyüş dayandırılıb.
Dana Uayt bildirib ki, zədə çox ciddidir və Makqreqorun tam bərpası üçün təxminən bir il vaxt tələb olunacaq.
Qeyd edək ki, Makqreqor və Hollovey ilk dəfə 2013-cü ildə "UFC Fight Night 26" turnirində üz-üzə gəlmiş, həmin görüşdə irlandiyalı döyüşçü hakimlərin yekdil qərarı ilə qalib gəlmişdi.