"Mançester Siti"nin sabiq futbolçusu 32 yaşında vəfat etdi
İdman
İngiltərənin "Mançester Siti" klubunun gənclər komandasının keçmiş futbolçusu Kortni Meppen-Uolter 32 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə oyunçunun karyerası ərzində formasını geyindiyi "Beri" klubunun mətbuat xidməti "X" sosial şəbəkəsində bildirib.
Futbolçunun ölüm səbəbi açıqlanmır.
Meppen-Uolter İngiltərənin yeniyetmələrdən ibarət milli komandalarında çıxış edib. O, ötən il karyerasını başa vurub.
Futbolçu 2013-cü ilə qədər "Mançester Siti"nin gənclər komandasında oynayıb. (Oxu.az)