"Mançester Yunayted" bu qış onları satışa çıxaracaq

"Mançester Yunayted" bu qış onları satışa çıxaracaq İdman

"Mançester Yunayted" qış transfer pəncərəsinə daxil olmaq üçün əsas namizədləri müəyyənləşdirib. 

News24.az xəbər verir ki, klub braziliyalı yarımmüdafiəçi Kazemiro, danimarkalı pleymeyker Kristian Eriksen və isveçli müdafiəçi Viktor Lindelofla yollarını ayırmağı planlaşdırır.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” yeni oyunçular almazdan əvvəl yuxarıda adı çəkilən üçlüklə yollarını ayırmaq niyyətindədir.

Xatırladaq ki, “Mançester Yunayted” 2024/2025 mövsümü üçün İngiltərə çempionatının turnir cədvəlində 19 oyundan 22 xal toplayaraq 14-cü yerdədir. Mankunianların aşağı liqa zonasından üstünlüyü 7 xaldır.