“Mançester Yunayted”də yeni era - BAŞLADI

“Mançester Yunayted”də yeni era - BAŞLADI İdman

“Mançester Yunayted” Erik ten Haqdan sonra baş məşqçi vəzifəsinə Ruben Amorimin təyin olunduğunu təsdiqləyib.

News24.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı "Old Trafford"da vəzifəsinə noyabrın 11-də başlayacaq.

O vaxta qədər Ruud van Nistelrooj müvəqqəti menecer vəzifəsini davam etdirəcək.

Onu da qeyd edək ki, Amorim son illərdə "Sportinq Lissabon"da oynadığı hücumameyilli futbolu ilə adından söz etdirib.

Ten Hag-ın qovulmasından sonra Mançester Yunayted tez bir zamanda Amorimə müraciət edib və 2027-ci ilə qədər müqavilənin əldə olunduğunu bildirib.

Digər tərəfdən Sporting Lisbon, Mançester Yunaytedin Ruben Amorim üçün 11 milyon avroluq transfer haqqı ödədiyini açıqlayıb.

Günel Məlikzadə