"Mançester Yunayted"lə milyard dollarlıq müqavilə ləğv edə bilər
İdman
“Mançester Yunayted” İngiltərə Premyer Liqasından aşağı düşərsə, idman geyimləri və ayaqqabı istehsalçısı “Adidas”la əsas sponsorluq müqaviləsini itirə bilər.
News24.az xəbər verir ki, ümumi məbləği 900 milyon funt-sterlinq olan sponsorluq müqaviləsinin şərtlərinə əsasən, “Mançester Yunayted” İngiltərə futbolunun yüksək divizionunda yerini itirərsə, şirkət müqaviləni ləğv etmək hüququna malikdir.
Qeyd edək ki, Premyer Liqanın hazırkı turnir cədvəlində “Mançester Yunayted” 19 oyundan sonra 22 xalla 14-cü yerdədir.
Ağa Dadaşzadə