“Mançester Siti” gənc alman ulduz üçün yarışa qoşuldu
İdman
Avropanın nəhəng klubları arasında gənc istedad uğrunda yeni transfer rəqabəti alovlanır.
News24.az xəbər verir ki "Mançester Siti" Almaniyanın perspektivli gənc futbolçusu Kennet Eyxhornu heyətinə qatmaq niyyətindədir.
Məlumata görə "Herta" klubunun formasını geyinən gənc oyunçu artıq bir neçə aydır ki, ingilis klubunun skautları tərəfindən yaxından izlənilir. Eyxhornun texniki bacarığı və meydandakı çox yönlü oyunu rəhbərliyin xüsusi diqqətini çəkib.
Lakin bu transfer uğrunda mübarizə asan olmayacaq. Belə ki, Almaniyanın digər nəhəngləri "Bayern Münhen" və "Borussiya Dortmund" da gənc istedadı transfer etmək üçün maraqlıdırlar. Hər iki alman klubu futbolçunun ölkə hüdudlarından kənara çıxmayaraq Almaniyada qalmasını təmin etməyə çalışırlar.
Buna baxmayaraq, “Mançester Siti”nin sahib olduğu maliyyə imkanları və baş məşqçi Pep Qvardiolanın gələcək vəd edən layihəsi bu keçiddə həlledici rol oynaya bilər. Hələlik qarşı tərəfə rəsmi təklif göndərilməsə də yaxın həftələr ərzində bu transferlə bağlı konkret addımların atılacağı gözlənilir.