“Mançester Siti” – “Real Madrid” oyununda gərgin anlar
İdman
“Mançester Siti” ilə “Real Madrid” arasında keçirilən oyunun son dəqiqələrində gərginlik yaşanıb.
News24.az xəbər verir ki, hadisə Arda Gülərin topu saxladığı anda başlayıb. Bu zaman Ruben Dias ona sərt zərbə endirib və bundan sonra oyunçular arasında mübahisə yaranıb.
Hakim vəziyyəti sakitləşdirməyə çalışsa da, gərginlik davam edib. “Real Madrid”dən Brahim və digər futbolçular da mübahisəyə qoşulublar.
Oyunun davamında Vinisius da sərt müdaxiləyə məruz qalıb və meydanda vəziyyət daha da qarışıb.
Matç bitdikdən sonra da futbolçular arasında gərginlik davam edib.