“Mançester Yunayted” Onana ilə bağlı qərar verdi

“Mançester Yunayted” Onana ilə bağlı qərar verdi İdman

"Mançester Yunayted" qapıçı Andre Onana ilə bağlı planını müəyyənləşdirib.

News24.az xəbər verir ki, məlumata görə, Onana yenidən komandaya qayıdaraq əsas qapıçı olmaq istəyir. Lakin klub rəhbərliyi fərqli qərar üzərində işləyir.

Rəhbərlik qapıçı heyətini yenidən qurmaq və maaş xərclərini azaltmaq niyyətindədir. Bu səbəbdən Onananın yayda komandadan göndərilməsi planlaşdırılır.

Hazırda "Trabzonspor"da icarə əsasında çıxış edən qapıçı iyunda geri dönməyə hazırlaşır. O, əsas heyətdə yer uğrunda Senne Lammens ilə mübarizə aparmaq istəyir.

Buna baxmayaraq, klub yüksək maaş səbəbindən Onananı ehtiyatda saxlamağı uyğun hesab etmir və onu satmaq variantını nəzərdən keçirir.