Mateuş Koxalski klubdan ayrıldı - İDDİA
İdman
“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin klubdan ayrıldığı iddia olunur.
News24.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Lakin klub tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayında “Qarabağ”a transfer olunub. Polşalı qolkiperin Ağdam klubu ilə 3+1 illik müqaviləsi var.