Mateus Silva da "Qarabağ"dan ayrılır - Özü açıqladı
İdman
"Qarabağ" klubunun sağ cinah müdafiəçisi Mateus Silva növbəti transfer pəncərəsində Braziliya futboluna qayıtmaq istədiyini açıqlayıb.
News24.az xəbər verir ki, 28 yaşlı futbolçu artıq Braziliya klublarından təkliflər aldığını bildirib.
O qeyd edib ki, indi karyerasında yeni çağırışlar üçün ən uyğun vaxtdır.
Silva Braziliya futboluna qayıdışın karyerasının davamı baxımından mühüm addım olacağını düşünür.
Qeyd edək ki, futbolçu 2023/2024 mövsümündən etibarən "Qarabağ"da çıxış edir.
Mateus Silva Azərbaycanda keçirdiyi dövrə görə minnətdar olduğunu bildirib: "Burada yaşadıqlarıma görə minnətdaram. Ancaq hiss edirəm ki, mənə daha böyük çağırışlar lazımdır və Braziliyaya qayıtmaq məni çox cəlb edir. Bu ilin əvvəlində Braziliya klublarından təkliflər almışdım, lakin klub rəhbərliyi mövsümün sonuna qədər burada qalmağımın vacib olduğunu düşünürdü. İndi isə vəziyyət fərqlidir və özümü ölkəmdə yeni çağırışlara daha hazır hiss edirəm". /Lance/