Mauro İkardi "Qalatasaray"la vidalaşdı
İdman
Argentinalı hücumçu Mauro İkardi dörd mövsüm çıxış etdiyi "Qalatasaray"la yollarını ayırıb.
News24.az xəbər verir ki, İkardi 2022-2023 -cü illərdəki mövsümdə Fransanın PSJ klubundan icarə əsasında İstanbul təmsilçisinə qoşulmuşdu. Uğurlu çıxışından sonra - 2023-cü ilin yayında 10 milyon avro qarşılığında birdəfəlik transfer edilmişdi.
Təcrübəli futbolçu "Qalatasaray"dakı dörd mövsümü ərzində 4 Super Liqa, 1 Türkiyə Kuboku və 1 Türkiyə Super Kuboku qazanıb. O, İstanbul klubunun heyətində keçirdiyi 134 oyunda 77 qola imza atıb.