Mbappe Fransa millisindən ayrıldı

Mbappe Fransa millisindən ayrıldı İdman

Fransa millisinin hücumçusu Kilian Mbappe aldığı zədəyə görə yığmanın qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.

News24.az xəbər verir ki, müvafiq məlumat yığmanın "X" sosial şəbəkə platformasındakı rəsmi səhifəsində yerləşdirilib.

"Mbappe qələbə qolunu vurarkən dizindən zədə alıb. Onda vətər zədələnməsi aşkarlanıb və bu səbəbdən toplanışın qalan hissəsini buraxacaq", - deyə xəbərdə bildirilir.

Beləliklə, hücumçu yığmadan ayrılaraq "Real Madrid"in düşərgəsinə geri dönəcək.