Mbappe ilə baş məşqçi arasında gərginlik - Klubdan gedəcək

Mbappe ilə baş məşqçi arasında gərginlik - Klubdan gedəcək İdman

“Real Madrid” klubunun baş məşqçisi Alvaro Arbeloa futbolçu Kilian Mbappenin səsləndirdiyi iddialara cavab verib.

News24.az xəbər verir ki, Mbappe baş məşqçinin onu “dördüncü hücumçu” adlandırması ilə bağlı fikirlərini təkzib edib.

“Mənim ümumiyyətlə dörd hücumçum yoxdur. Mən Mbappeyə heç vaxt belə bir şey deməmişəm. Ola bilsin, o məni düzgün başa düşməyib. Baş məşqçi mənəm və kimin oynayıb-oynamayacağına mən qərar verirəm. Dörd gün əvvəl oyunun iştirak ərizəsində olmayan futbolçu bu gün əsas heyətdə meydana çıxmamalı idi”, - deyə Arbeloa bildirib.

Qeyd edək ki, mayın 5-də Mbappenin komandanın məşqçilər heyətinin üzvlərindən biri ilə münaqişə yaşadığı barədə məlumat yayılıb.

KİV-in məlumatına görə, hadisə aprelin 24-də keçirilən və 1:1 hesabı ilə başa çatan “Real Betis” oyunu ərəfəsində baş verib.

Mbappenin məşq zamanı oyundankənar vəziyyətlə bağlı qərar verən əməkdaşa qarşı qəzəbli və təhqiramiz ifadələr işlətdiyi iddia olunur.

Həmçinin bildirilib ki, Mbappe klubdan Vinisius Juniorun satılmasını tələb edir. Jurnalist Fransua Qalyardo qeyd edib ki, futbolçunun anası Fayza Lamari artıq Florentino Peresə bununla bağlı müraciət edib. Əgər Vinisius “Real”da qalarsa, Mbappe klubdan ayrılacaq. /Marca/