Mbappe: "Messinin nə etdiyinə baxmıram"
İdman
Fransa millisinin hücumçusu Kilian Mbappe həmkarı Lionel Messinin rekordlarına bilərəkdən diqqət yetirmədiyini deyib.
News24.az xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.
“Leo həmişə qol vurub, vurur və vurmağa davam edəcək. Onun nə etdiyinə baxmıram, yoxsa daha çox iş görməli olacam. Mən diqqətimi yalnız komandama yönəldirəm. Çünki daha çox qol vurduqca həmin səviyyəyə yaxınlaşırsan, amma mənim üçün ən vacibi Fransa millisinin inkişafıdır”, – deyə o, bildirib.
Qeyd edək ki, 27 yaşlı futbolçu DÇ qrup mərhələsinin ikinci turunda İraqla oyun zamanı dubl edərək mundialların final mərhələlərindəki qolların sayını 15-ə çatdırıb. Bununla o, dünya çempionatları tarixinin bombardirləri siyahısında ikinci pillədə qərarlaşan Miroslav Kloze ilə eyni göstəriciyə sahib olub.
Messi isə Avstriya ilə matçda 9-cu dəqiqədə penaltini qaçırsa da, 39-cu dəqiqədə hesabı açıb, 90+5-ci dəqiqədə isə dubl edərək yekun nəticəni müəyyənləşdirib.
Bu qol onun dünya çempionatlarındakı 18-ci qolu olub. Beləliklə də o, argentinalı ulduz Klozeni geridə qoyaraq mundiallar tarixinin ən məhsuldar bombardiri olub.
Siyahıda üçüncü yerdə 15 qolla Kriştianu Ronaldo qərarlaşıb.