Medina 100-ə çatdı
İdman
"Qəbələ" ilə matç "Qarabağ"ın müdafiəçisi Kevin Medina üçün əlamətdar olub.
News24.az xəbər verir ki, təcrübəli futbolçu bu görüşlə birlikdə Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
32 yaşlı müdafiəçi Premyer Liqada yalnız “Qarabağ”ın formasını geyinib. O, 2020/21 mövsümündə debüt etdiyi çempionatda 2 qola imza atıb.
Qeyd edək ki, Medina Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirən 443-cü futbolçu olub.