Mədinə Sadıqova ilkə imza atdı, tarixə düşdü

Mədinə Sadıqova ilkə imza atdı, tarixə düşdü İdman

Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan karateçisi Mədinə Sadıqova qadınların 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq Avropa çempionu olub.

News24.az xəbər verir ki, bununla da Mədinə Sadıqova Azərbaycan karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.