Məğlub olan qalib komandanın loqosunu paylaşacaq - Mərcə girdilər
İdman
Dünya Çempionatının 1/4 finalında qarşılaşacaq İngiltərə və Norveç yığmaları arasında rəqabət bu dəfə futbol meydanından kənara da çıxıb. Hər iki ölkənin milli aviaşirkətləri sosial şəbəkələrdə bir-birinə zarafatla meydan oxuyublar.
News24.az xəbər verir ki, Norveçin milli aviaşirkəti qarşı tərəfə maraqlı təklif ünvanlayıb. Təklifə əsasən, matçda uduzan ölkənin aviaşirkəti 24 saat ərzində instaqram hesabındakı profil şəklini qalib komandanın loqosu ilə əvəz edəcək.
İngiltərə tərəfi isə bu çağırışı cavabsız qoymayıb. Britaniya aviaşirkəti paylaşımında "Qazanmayacağınıza mərc etməyin" sözləri ilə rəqibinə iddialı mesaj göndərib.
Qeyd edək ki, qarşılaşma öncəsi hər iki ölkənin siyasi liderləri də komandalarına dəstək nümayiş etdiriblər. Böyük Britaniyanın Baş naziri Kir Starmer və Norveçin Baş naziri Yunas Qar Störe son görüşlərindən birində milli komandalarının formalarını geyinərək birlikdə kamera qarşısına keçiblər.