Məğlubiyyətdən sonra istefa verdi
İdman
İspaniyalı mütəxəssis Roberto Martines futbol üzrə Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.
News24.az xəbər verir ki, bu barədə o, komandanın DÇ-2026-da İspaniyaya uduzaraq (0:1) 1/8 finalda mübarizəni dayandırmasından sonra keçirilən mətbuat konfransında bildirib.
"Bu, mənim üçün unudulmaz bir dövr oldu. Hiss etdiyim qüruru sözlə ifadə etmək çətindir. Portuqaliya xalqının bizə göstərdiyi dəstək, verdiyi güc və enerji həqiqətən möhtəşəm idi", – deyə Martines vurğulayıb.
52 yaşlı mütəxəssis 2023-cü ilin yanvarında Portuqaliya millisinin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə UEFA Millətlər Liqasının qalibi olub.
Roberto Martines bundan əvvəl, 2016–2022-ci illərdə Belçika millisini çalışdırıb.