Mərhum idmançının şərəfinə şou

Mərhum idmançının şərəfinə şou İdman

Bursada infarkt keçirərək dünyasını dəyişən keçmiş milli komanda idmançısı və xizək müəllimi Zeki Kürşat Yıldızın xatirəsinə Uludağda xizək şousu təşkil edilib. 

News24.az yerli mətbuata istinadən xəbər verir ki, ürək tutmasından dünyasını dəyişən və doğulduğu Qarsın Sarıqamış rayonunda dəfn edilən keçmiş milli xizəkçi və xizək müəllimi Zeki Kürşat Yıldızın xatirəsinə Uludağda xizək şousu keçirilib .

Uludağda xizəkçilər əllərində məşəllə xizək sürərək mərhum dostlarını anıblar. Anım tədbiri pilotsuz təyyarə ilə havadan görüntülənib.

Ağa Dadaşzadə